Modern.az

Körpü uçdu - 26 nəfər həlak oldu

Körpü uçdu - 26 nəfər həlak oldu

23 Avqust 2023, 14:50

Hindistanda tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 26 işçi həlak olub.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, daha 2 nəfər yaralanıb.

 

Qəza Mizoram ştatının şimal-şərqindəki Sayranq şəhərində baş verib. Media körpünün çökdüyü zaman ərazidə 40-a qədər işçinin olduğunu bildirsə də, polis orada 28 işçinin olduğunu açıqlayıb.

 

Məlumata görə, xilasedicilər indiyədək 13 cəsədi çıxara biliblər. Qalan cəsədləri çıxarmaq üçün səylər davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir