Modern.az

Bizə qoşulun, Moskvaya yürüş edək - \"Vaqner\"ə ÇAĞIRIŞ

Bizə qoşulun, Moskvaya yürüş edək - \

25 Avqust 2023, 08:35

Ukrayna tərəfində döyüşən bir qrup rus "Vaqner" qruplaşmasının üzvlərini muzdluların rəhbəri Yevgeni Priqojin və komandiri Dmitri Utkinin ölümünə görə qisas almaq üçün onlara qoşulmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Könüllülər Korpusunun komandiri Denis Kapustin videomüraciət yayımlayıb.

 

“Siz indi ciddi seçim qarşısındasınız – siz Rusiya Müdafiə Nazirliyinin tövləsində dayanıb öz komandirlərinizin qatilləri üçün nəzarətçi kimi xidmət edə və ya qisas ala bilərsiniz”, - o deyib.

 

"Qisas almaq üçün Ukrayna tərəfinə keçmək lazımdır", - komandir əlavə edib.

 

O, "Vaqner" üzvlərinə müraciətində əvvəlcə Ukraynadakı müharibəyə son verməyə, sonra Moskvaya yürüş etməyə çağırıb.

 

"Bundan sonra biz Moskvaya yürüş edəcəyik və bu dəfə Moskva dairəvi yoluna 200 kilometr qalmış dayanmayacağıq, sona qədər gedəcəyik".

 

Rusiya vətəndaşı olan Kapustin silahlı qrupu bir il əvvəl yaradıb. Qrup Ukrayna tərəfində döyüşür və Rusiyanın sərhəd bölgələrinə bir neçə hərbi hücumun arxasında olduğunu bildirib.

 

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

 

24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var