Modern.az

Priqojinin təyyarəsindən XƏBƏR VAR

Priqojinin təyyarəsindən XƏBƏR VAR

Dünya

25 Avqust 2023, 22:55

Rusiyanın Tver vilayətində "Vaqner" qruplaşmasının lideri Yevgeni Priqojinin qəzaya uğrayan təyyarəsinin qara qutuları tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, qəza nəticəsində ölən 10 nəfərin hamısının cəsədi molekulyar genetik ekspertizaya göndərilib.

 

“İstintaq uçuş registratorlarını götürüb, hadisə yerində ətraflı araşdırmalar davam edir. Hazırda qəzanın bütün hallarını müəyyən etmək üçün vacib olan əşyalar və sənədlər də müsadirə olunur”, - komitənin məlumatında deyilir.

 

Press-relizdə qeyd olunur ki, “istintaq baş verənlərlə bağlı bütün mümkün versiyaları diqqətlə yoxlayacaq”. 

 

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

 

24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza