Modern.az

Rusiya Ermənistandan izahat TƏLƏB EDİR

Rusiya Ermənistandan izahat TƏLƏB EDİR

Dünya

26 Avqust 2023, 10:00

Ermənistanın Rusiya-Ermənistan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbəri Viktor Krivopuskovu ölkəyə buraxmaqdan imtina etməsi Rusiyanı xoşagəlməz şəkildə təəccübləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Moskva hakimiyyətin bu qərarının motivlərini izah etməyi xahiş edib.

 

“Təəssüf ki, İrəvanın Rusiyanın tanınmış siyasətçilərinə, ictimai xadimlərinə, media nümayəndələrinə tətbiq etdiyi məhdudiyyətlər ikitərəfli münasibətlərin inkişafına heç bir faydası olmayan çirkin təcrübəyə çevrilir”, - Rusiya dövlət agentliyinin mənbəsi bildirib.

 

Viktor Krivopuskov Ermənistan-Rusiya Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təqdimat mərasimində iştirak etmək üçün Ermənistana yollanırdı. Heç bir izahat vermədən onu ölkəyə buraxmayıblar. Krivopuskov 2009-2013-cü illərdə "Rossotrudniçestvo"nun Ermənistandakı nümayəndəliyinin rəhbəri olub, eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyində məsləhətçi işləyib.

 

İrəvan bundan əvvəl “News Media” nəşriyyatının baş direktoru Aram Qabrelyanovu, Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulini və RT-nin baş redaktoru Marqarita Simonyanı da ölkəyə buraxmaqdan imtina etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza