Modern.az

Paşinyan hökumətdən narazıdır - Nazirləri dəyişəcək

Paşinyan hökumətdən narazıdır - Nazirləri dəyişəcək

Dünya

26 Avqust 2023, 10:53

Ermənistan baş naziri Nikol Paşinyan hökumətdə bəzi dəyişikliklər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, Paşinyan bəzi nazirləri işdən çıxarmaq istəyir. Dəyişiklər oktyabr ayında ola bilər.

 

İşdən çıxarılacaq nazirlər arasında baş nazirin narazı olduğu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbəri Qnel Sanosyan da var.

 

Nəşrin məlumatına görə, hökumət dəyişiklikləri hələlik gizli saxlamağa çalışır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza