Modern.az

Yeltsin administrasiyasının keçmiş rəhbəri vəfat etdi 

Yeltsin administrasiyasının keçmiş rəhbəri vəfat etdi 

Dünya

26 Avqust 2023, 14:12

Rusiya prezidenti Boris Yeltsinin administrasiyasının keçmiş rəhbəri (1993-1996), Sosial-İqtisadi və İntellektual Proqramlar Fondunun prezidenti Sergey Filatov vəfat edib.

 

Modern.az "Kommersant" qəzetinə istinadən xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

 

Filatov 1990-cı ildə RSFSR xalq deputatı seçilib, Ali Sovetin Vicdan, Din, mərhəmət və xeyriyyə komitəsinin, eyni zamanda İqtisadi İslahat və Mülkiyyət Komitəsinin üzvü olub.

 

1991-ci ilin noyabrından RSFSR Ali Soveti sədrinin birinci müavini, 1992-ci ilin aprelindən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvü olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza