Modern.az

İki təyyarə toqquşdu - 3 pilot öldü

İki təyyarə toqquşdu - 3 pilot öldü

Dünya

26 Avqust 2023, 18:21

Avqustun 25-də Ukraynanın Jitomir vilayətində iki L-39 döyüş təlim təyyarəsi toqquşub.

 

Modern.az xəbər verir ki, məlumatı Ukrayna Milli Təhqiqatlar Bürosu yayıb.

 

Qəza nəticəsində üç pilot həlak olub. İlkin məlumata görə, toqquşma uçuş təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verib.

 

“Döyüş tapşırığı zamanı Jitomir yaxınlığında səmada iki L-39 döyüş təlim təyyarəsi toqquşub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin üç pilotu həlak olub”, - deyə açıqlamada bildirilib.

 

Qeyd edək ki, L-39 Çexoslovakiyanın "Aero Vodochody" şirkəti tərəfindən istehsal edilən təlim və yüngül döyüş təyyarəsidir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza