Modern.az

Macarıstan avrozonaya daxil olmağa hazırlaşır

Macarıstan avrozonaya daxil olmağa hazırlaşır

Dünya

27 Avqust 2023, 08:32

Macarıstan potensial olaraq gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.

 

"Macarıstan 2024-cü ilin sonuna qədər Maastrixt kriteriyalarına cavab verə biləcək”, - deyə o qeyd edib.

 

Onun sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında müqavilə ilə müəyyən edilib və onlar ölkənin Avrozonaya daxil olması üçün zəruri olan maliyyə-iqtisadi göstəriciləri tənzimləyir.

 

Macarıstan Maliyyə Şurasının rəhbəri iddia edir ki, gələn ilin yayına qədər ölkədə istehlak qiymətlərinin artımı 3 faizə düşə bilər. Dövlət borcu ÜDM-in 70 faizdən aşağı düşəcək, büdcə kəsiri isə təqribən 2,9 faiz təşkil edəcək.

 

Onun proqnozuna görə, 2023-cü ildə respublikanın ÜDM artımı təqribən 1 faiz olacaq, lakin artıq 2024-cü ildə 3,5-4 faizə qədər artacaq.

 

Qeyd edək ki, Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya on yeddi Avropa ölkəsi daxildir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza