Modern.az

Hindistan düyü ixracını MƏHDUDLAŞDIRIR

Hindistan düyü ixracını MƏHDUDLAŞDIRIR

Dünya

27 Avqust 2023, 09:24

Dünya düyü ixracının 40 %-ni təşkil edən Hindistan rəsmiləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu məhsulun tədarükünə məhdudiyyətlər qoyub.

 

Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, Hindistan hökuməti tədarükün təxminən üçdə birini təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Hindistan ən böyük düyü ixracatçısı olduğundan dünya bazarlarında bu məhsulun qiymətləri artmağa başlaya bilər.

 

Hindistanın Düyü İxracatçıları Assosiasiyasının prezidenti Krişna Rao bildirib ki, bu addım sayəsində daxili qiymətlər aşağı düşəcək və bu, hökumətə ərzaq inflyasiyasını nəzarətdə saxlamağa kömək edəcək.

 

Qeyd edək ki, iyulda Hindistan "Basmati" sortu istisna olmaqla, ağ düyü ixracına qadağa qoyub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza