Ukrayna prezidenti Volodimir Zelenski sentyabrda ölkəsinin Qərb ölkələrindən yeni hərbi yardımlar alacağını bildirib.
Modern.az xəbər verir ki,.bu barədə o, özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, bir həftə ərzində avadanlıqların tədarükü ilə bağlı danışıqlar aparılacaq.
“Biz artıq Ukrayna üçün sentyabr ayına hazırlaşmağa başlamışıq... Ukrayna əsgərləri üçün yeni hərbi yardım paketləri olacaq. Artilleriya, zirehli texnika, hava hücumundan müdafiə və raketlər, minalardan təmizləmə texnikası. Tərəfdaşların hər biri ehtiyaclarımız barədə məlumatlandırılır. Biz qərarları gözləyirik”, – o Zelenski qeyd edib.
O, konkret hansı ölkələrin Ukraynaya yardım edəcəyini açıqlamayıb.
Zelenski vurğulayıb ki, sentyabr ayında Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqlar olacaq. Onun sözlərinə görə, Ukrayna beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.