Modern.az

Simonyanın evinin yaxınlığına dron düşdü 

Simonyanın evinin yaxınlığına dron düşdü 

Dünya

27 Avqust 2023, 20:48

Erməni jurnalist, RT-nin baş redaktoru Marqarita Simonyanın evinin yaxınlığınq pilotsuz uçuş aparatı (PUA) düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə RİA agentliyi məlumat yayıb.

 

Bu, bir həftə ərzində onun Moskva vilayətində yerləşən evinin yaxınlığına düşən ikinci PUA-dır. Onun evinin yaxınlığında ilk dron avqustun 21-də vurulub.

 

“Bir həftə ərzində ikinci dəfə evimizin yaxınlığında dron qəzaya uğradı. Güclü düşür, sizə demək istəyirəm. Dördün yarısında oyanırsan, sadəcə yatmağa vaxt tapırsan”, - Simonyan bildirib.

 

Rusiya Müdafiə Nazirliyi hücuma görə Ukraynanı ittiham edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza