Ukraynada korrupsiya dövlətə xəyanətlə eyniləşdirilə bilər. .
Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O qeyd edib ki, bu, ölkədə hərbi vəziyyət bitənə qədər qüvvədə olacaq
“Mən bir vəzifə qoymuşam. Qanunvericilərdən korrupsiyanı müharibə zamanı dövlətə xəyanətlə eyniləşdirmələri istəniləcək. Mən başa düşürəm ki, bu, hər zaman işləyə bilməz, amma müharibə zamanı kömək edəcəyini düşünürəm”, - prezident bildirib.