Modern.az

6-cı əsrə aid monastırda torpaq sürüşməsi 

6-cı əsrə aid monastırda torpaq sürüşməsi 

Dünya

28 Avqust 2023, 00:45

Gürcüstanın şərqində yerləşən 6-cı əsrə aid Şio-Mqvime monastırının (Şionun mağara hücrəsi) yaxınlığında torpaq sürüşməsi baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə bir neçə həftə əvvəl baş verən və 30 nəfərin ölümünə səbəb olan torpaq sürüşməsindən sonra təşviş yaradıb.

 

Sürüşmə turistləri qorxutsa da, qədim tikiliyə heç bir zərər vurmayıb. Məlumatı Gürcü Pravoslav Kilsəsinin Patriarxlığı da təsdiq edib.

 

Açıqlamada monastırın yaxınlığında daha əvvəl də kiçik sürüşmələrin baş verdiyi, lakin bu dəfə sürüşmənin “əvvəlkindən daha böyük” olduğu bildirilib. Monastıra gələn turistlərdən heç biri xəsarət almayıb.

 

Əfsanəyə görə, Gürcüstanın şərqində, ölkənin qədim paytaxtı Mtsxeta yaxınlığında yerləşən monastır VI əsrdə rahib Şio tərəfindən qurulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza