Modern.az

Baydenə qarşı impiçment prosesi başlaya bilər 

Baydenə qarşı impiçment prosesi başlaya bilər 

Dünya

28 Avqust 2023, 07:58

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti hesab edir ki, onun üzvü olduğu Respublikaçılar partiyası ABŞ prezidenti demokrat Co Baydenə qarşı təhqiqata başlamaq üçün kifayət qədər dəlil toplaya bilib.

 

Modern.az xəbər verir ki, bu barədə Makkarti "Fox News"a müsahibəsində danışıb.

 

Onun sözlərinə görə, impiçment prosesi başlasa, Konqres bütün məlumatları əldə etmək üçün lazımi səlahiyyətə malik olacaq.

 

“İndiyə qədər topladığımız məlumatlara baxsaq, impiçment təhqiqatı təbii bir addımdır”, - spiker deyib.

 

Nümayəndələr Palatasının spikeri hesab edir ki, prezidentin ailəsi “korrupsiya mədəniyyəti” ilə məşğuldur.

 

Qeyd edək ki, Respublikaçılar partiyası Nümayəndələr Palatasına, Demokratlar Partiyası Senata nəzarət edir. İmpiçment üçün hər iki palatanın qərarı lazımdır. Konqres hazırda tətildədir, sentyabrın ortalarında işəqayıdacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza