Modern.az

Ərdoğan Hindistana və ABŞ-a gedəcək 

Ərdoğan Hindistana və ABŞ-a gedəcək 

Dünya

28 Avqust 2023, 08:14

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Hindistana səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

O, sentyabr 9-10-da Hindistanda keçiriləcək G-20 Liderlər Sammitində iştirak edəcək. Sammit çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal problemlər də müzakirə olunacaq.

 

Ərdoğan sentyabr ayında, həmçinin Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-a gedəcək. O, səfər çərçivəsində dünya liderləri ilə ikitərəfli görüşlər də keçirəcək. Assambleya 17-21 sentyabr tarixlərində baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza