Vaşinqtonun iki düşməni olan Rusiya və İranla müttəfiqlik etdiyinə görə ABŞ-ın Ermənistana kömək etmək üçün həvəs göstərmir.
Modern.az xəbər verir ki, bu barədə Fransanın “İssues” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ermənistanın bəxti gətirib ki, ABŞ ona qarşı hələ də sanksiyalar tətbiq etməyib
Məqalədə Vaşinqtonun İrəvana kömək etmək istəməməsinin əsas səbəbləri kimi aşağıdakılar göstərilir:
- Ermənistan Rusiya Federasiyasına Qərbin sanksiyalarından və ixrac nəzarətindən yayınmağa kömək edir;
- Ermənistan İranla enerji əməkdaşlığına dair anlaşma memorandumu imzalayıb;
- Ermənistan ABŞ-ın sanksiyalar vasitəsilə düşmənlərə qarşı mübarizə qanununu pozaraq İrandan pilotsuz uçuş aparatları və raketlər alıb;
-Ermənistan KTMT və Aİİ kimi Rusiyanın rəhbərlik etdiyi əsas qurumların üzvüdür.
- Vaşinqton İrəvanla heç bir ikitərəfli və ya çoxtərəfli təhlükəsizlik sazişlər imzalamayıb.
- Azərbaycan İsrail və ABŞ-ın strateji tərəfdaşıdır.
- Azərbaycan NATO üzvü olan Türkiyənin müttəfiqidir.
- Azərbaycan Ukrayna müharibəsi fonunda Aİ-nin etibarlı enerji tərəfdaşıdır.