Rusiya qüvvələri Ukraynanın Poltava vilayətində yerləşən müəssisələrdən birinə raket hücumu həyata keçirib.
Modern.az "Strana"ya istinadən xəbər verir ki, bu barədə regionun rəhbəri Dmitri Lunin bildirib.
Qeyd olunub ki, hücum nəticəsində 2 nəfər həyatını itirib. Daha 2 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. 2 nəfər də itkin düşüb və onların harada olduğu hələlik məlum deyil.
Həmçinin, istehsalat emalatxanası tamamilə dağılıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.