Modern.az

Güclü yağışlar 13 nəfərin həyatına son qoydu

Güclü yağışlar 13 nəfərin həyatına son qoydu

Dünya

28 Avqust 2023, 09:34

Tacikistanda dünən yağan güclü yağışlar nəticəsində 13 nəfər həyatını itirib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

 

Onun sözlərinə görə, yağışlar 11 nəfərin öldüyü Vəhdət şəhərinə və 2 nəfərin həlak olduğu Rudəki bölgəsinə də düşüb. Rəhmon baş nazirə, eləcə də Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə təbii fəlakətdən zərər çəkənlərin ailələrinə yardım göstərməyi tapşırıb:

 

"Hakimiyyət orqanları da fəlakətin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza