Rusiya "Zapad-2023" hərbi təlimlərini ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
"Çox güman ki, qoşun və texnika çatışmazlığı səbəbindən", - məlumatda qeyd olunub.
2010-cu ildən etibarən Rusiya 4 illik tsikl çərçivəsində ölkənin müxtəlif bölgələrində növbə ilə təlimlər keçirir. Sonuncu təlim 2021-ci ildə baş tutub. Britaniya Müdafiə Nazirliyinin gündəlik hesabatında deyilir ki, “Zapad-2021” təlimləri sovet dövründən bəri ən böyük təlim olub.
Hesabat müəllifləri qeyd etdiyinə görə, Rusiya hərbçilərinin Ukraynadakı qeyri-qənaətbəxş nəticələri göstərdi ki, strateji təlimlər məhdud maarifləndirici əhəmiyyətə malikdir və əsasən nümayişkaranədir. Çox güman ki, Rusiya təlimlərdə iştirak edəcək kifayət qədər sayda qoşun və texnikası olmadığı üçün "Zapad-2023"ü ləğv edib.
2022-ci ildə sentyabrın 1-dən 7-dək keçirilən “Vostok-2022” təlimlərində 50 min Rusiya hərbçisi iştirak edib.