Modern.az

İsrailli həmkarı ilə görüşən nazir vəzifəsindən kənarlaşdırıldı

İsrailli həmkarı ilə görüşən nazir vəzifəsindən kənarlaşdırıldı

Dünya

28 Avqust 2023, 12:32

Liviya Milli Birlik Hökumətinin baş naziri Abdulhamid Dibeybe xarici işlər naziri Necla əl-Menquşun vəzifəsinin dayandırılması və barəsində istintaq başladılması ilə bağlı qərar verib.

 

Modern.az "Anadolu"ya istinadən xəbər verir ki, qərarda Menquşla bağlı araşdırmanın Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya tərəfindən aparılacağı qeyd edilib.

 

Buna səbəb Menquşun İtaliyada İsrailin xarici işlər naziri Eli Kohenlə görüşməsi olub.

 

Qeyd edək ki, Liviya İsraili dövlət kimi tanımır və ölkələr arasında diplomatik münasibətlər mövcud deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza