Ermənistan İstintaq Komitəsi hərbi hissələrdən birində baş vermiş hadisənin təfərrüatlarını təqdim edib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, əsgər yoldaşını öldürən şəxs daha sonra özünü güllələyib.
"Bazar günü saat 16:00 radələrində gözətçi ona təhkim edilmiş AK-74-lə əsgəri öldürüb, bundan sonra o, özünü çənəsindən güllələyib. İlkin məlumata görə, hadisə “dedovşina” ilə bağlıdır", - məlumatda deyilir.