Modern.az

İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb

İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb

Dünya

28 Avqust 2023, 13:03

Yağan leysan və sonradan baş verən sürüşmə səbəbindən Fransanın Sen-Jen-de-Marin kommunası ərazisində bir neçə yol bağlanıb.

 

Modern.az "La Stampa"ya istinadən xəbər verir ki, İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb.

 

Frecus tuneli isə yük maşınları üçün bağlanıb. İtaliyanın Trenitalia dəmir yolu şirkətinin məlumatına görə, Milandan Parisə və əks istiqamətdə bir neçə qatar ləğv edilib. Yollarda tıxac yaranıb.

 

Sinoptiklər leysan yağışlar, dolu, qasırğa və güclü küləyin ən azı bir gün də davam edəcəyini proqnozlaşdırırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza