Modern.az

Fidan-Lavrov görüşü başladı - YENİLƏNİB

Fidan-Lavrov görüşü başladı - YENİLƏNİB

Dünya

31 Avqust 2023, 16:16

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Türkiye" məlumat yayıb.

 

***

28.08.2023 / 13:34

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında danışıqlar yaxın vaxtlarda baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

 

“Yaxın vaxtlarda Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar Moskvada baş tutacaq”, - deyə Zaxarova konkret tarixi və qarşıdan gələn görüşün təfərrüatlarını açıqlamadan bildirib.

 

Kreml avqustun 25-də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün tezliklə baş tutacağını açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu