Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Koreya Respublikasının (Cənubi Koreya) XİN başçısı Park Jinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Mirzoyan X platformasındakı səhifəsində məlumat verib.
Tərəflər ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər. Eləcə də Laçın dəhlizi və Qarabağ ətrafında fikir mübadiləsi aparılıb.