"Forbes" jurnalı Rusiyanın ən varlı qadınlarının reytinqini açıqlayıb.
Modern.az xəbər verir ki, siyahıda olan qadınlardan 7-si milyarderdir.
"Lenta" nəşri yazır ki, qadınların əksəriyyəti ilk dəfə milyarderlər siyahısına daxil edilib. Buna səbəb sanksiyalar fonunda bəzi rusiyalı iş adamlarının aktivlərinin bir hissəsini həyat yoldaşılarının adına keçirməsi olub.
Siyahıya kapitalı 7 milyard dollar dəyərində qiymətləndirilən “Wildberries” şirkətinin təsisçisi Tatyana Bakalçuk başçılıq edir. Onun sərvəti 2021-ci ildən bu yana iki dəfə azalıb.
Ölkənin ən varlı qadınları siyahısında ilk dəfə də çəkilənlərdən biri Tatyana Litvinenkodur (2,8 milyard dollar). Milyarderin əri Vladimir Litvinenko Rusiyanın ən varlı iş adamları reytinqində 40-cı yerdədir.
Siyahıda üçüncü yeri 2,5 milyard dollar sərvətlə Əlişir Usmanovun ortağı Andrey Skoçun qızı Varvara Skoç tutub. O, USM holdinq şirkətinin 30 faizinə sahibdir.
Reytinqdə ilk dəfə adı çəkilənlərdən biri isə Rusiyanın dördüncü ən zəngin iş adamı, "Novatek"in yaradıcısı Leonid Mixelsonun qızı Viktoriya Mixelsondur (1,2 milyard dollar, yeddinci).
Bundan əlavə, Marina Mordaşova (1,85 milyard dollar, "Nordgold" qızıl mədən şirkətinin səhmlərinə sahibdir ), Lidiya Mixaylova (1,55 milyard dollar, "Çerkizovo" qrupu ) ölkənin ən varlı qadınları reytinqində yer alıblar. Siyahıya həmçinin Elena Baturina (nteco Management), Yevgeniya Quryeva (Phosagro), Yekaterina Fedun (Lukoyl), Lyudmila Koqan (Uralsib Bank), Lidiya Sulteeva (Sibur), Olqa Belyavtseva (Aqronom-Bağ") və başqaları daxildir.