Modern.az

Meymun insanlara hücum etdi - 3 nəfər yaralandı

Meymun insanlara hücum etdi - 3 nəfər yaralandı

Dünya

29 Avqust 2023, 12:40

Türkiyənin İstanbul şəhərində sahibsiz meymun küçədən keçən insanlara hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti yazıb.

 

Hücum zamanı 3 nəfər yaralanıb. Onlardan ikisi xəstəxanaya aparılıb 

 

Meymun hadisə yerində binanın 2-ci mərtəbəsinə qalxıb və buradan evə daxil olaraq mənzilin əşyalarını dağıdıb.

 

Sonradan meymunun sahibləri olduğu iddia edilən şəxslər hadisə yerinə gəlib və heyvanı götürüb ərazidən uzaqlaşıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza