Fransanın xarici işlər naziri Ketrin Kalonna Azərbaycan və Ermənistan arasında sülhdən danışıb.
Modern.az xəbər verir ki, bu barədə Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini X-də paylaşım edib.
"Fransa Ermənistan və Azərbaycan arasında ədalətli və davamlı sülh üçün səfərbər olunub. Bu da iki ölkənin sərhədlərinin delimitasiyasına imkan verəcək", - nazir bildirib.