Modern.az

Papikyan ABŞ diplomatı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Papikyan ABŞ diplomatı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Dünya

29 Avqust 2023, 14:24

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-ın İrəvandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Leytinenlə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə səfirliyin yeni təyin olunmuş hərbi attaşesi polkovnik Kevin Stil də iştirak edib.

 

Papikyan Stili Ermənistanda fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona səmərəli əməkdaşlıq arzulayıb.

 

Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığının hazırkı kursu, inkişaf perspektivləri, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza