Hindistana işgüzar səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval ilə görüşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Qriqoryan “Çandrayaan-3” missiyasının Aya uğurlu enişi münasibətilə həmsöhbətini təbrik edib.
"Tərəflər kosmik sənayedə birgə proqramların həyata keçirilməsi imkanlarını, bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivlərini və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər", - məlumatda qeyd olunub.
Həmçinin Qarabağla bağlı müzakirələr aparılıb.