ABŞ-ın sabiq prezidenti Donald Trampın 3 cinayət işi üzrə məhkəmələri praymeriz vaxtına düşəcək.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, Trampa qarşı qaldırılan Kapitoliyə hücum işində hakim məhkəmə prosesinin başlanmasını 2024-cü il martın 4-nə təyin edib.
Tarix Respublikaçıların istədiyi vaxtdan iki il tezdir. Belə ki, Trampın komandası israr edirdi ki, bu, yalnız 2026-cı ildən sonra başlamalıdır.
Bu qərarla əlaqədar olaraq Trampın məhkəmə təqvimi daha da sıxlaşır. 6 aydan sonra o, bir sıra məhkəmə proseslərinə başlayacaq. Onlardan biri porno-aktrisa Stormi Danielsə rüşvət verməklə bağlıdır. Daha sonra Tramp şəxsi iqamətgahında məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı hakim qarşısına çıxacaq.
Hər 3 proses Respublikaçıların praymerizləri ilə üst-üstə düşür. Müşahidəçilər qeyd edirlər ki, ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasını aparmağa vaxtı az olacaq. O, seçicilərlə görüşmək əvəzinə müttəhimlər kürsüsündə əyləşəcək.
Məsələ burasındadır ki, Donald Tramp bütün cinayət işlərinə baxmayaraq, respublikaçılar arasında liderliyini qoruyur. Son sorğulara görə, onu partiyanın tərəfdarlarının 62%-i dəstəkləyir.