Modern.az

Priqojin də dəfn edildi, amma "qapalı format"da

Priqojin də dəfn edildi, amma

Dünya

29 Avqust 2023, 18:54

"Vaqner" muzdlularının təsisçisi Yevgeni Priqojin 2023-cü il avqustun 29-da Sankt-Peterburqdakı Poroxovski qəbiristanlığında dəfn edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

 

Dəfn mərasimi “qapalı formatda” keçirilib. Vida mərasimi yalnız qohumların və yaxın dostların iştirakı ilə baş tutub.

 

“Yevgeni Viktoroviçlə vidalaşma qapalı formatda baş tutdu. Vidalaşmaq istəyənlər Poroxovskoye qəbiristanlığını ziyarət edə bilərlər", - "Concord" qrupunun mesajında deyilir.

 

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

 

24 saatlıq sükutdan sonra Rusiya prezidenti Vladimir Putin təyyarədəki 10 nəfərin hamısının ailələrinə “səmimi başsağlığı” verib və Priqojini “istedadlı iş adamı” adlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza