Modern.az

Ağ Evdən Priqojinlə bağlı mühüm AÇIQLAMA

Ağ Evdən Priqojinlə bağlı mühüm AÇIQLAMA

Dünya

30 Avqust 2023, 00:31

Ağ Evin sözçüsü Karine Jen Pyer avqustun 29-da keçirdiyi mətbuat brifinqində "Vaqner " muzdlu şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümünün arxasında Kremlin dayandığını eyham edib, lakin bunu açıq şəkildə söyləməkdən çəkinib.

 

Modern.az xəbər verir ki, bu barədə o, gündəlik mətbuat konfransı zamanı danışıb.

 

“Biz hamımız bilirik ki, Kremlin öz rəqiblərini öldürmək üzrə uzun tarixi var”, - o qeyd edib.

 

Sözçü əlavə edib ki, Priqojinin ölümü Rusiyanın daxili disfunksiyasının nəticəsidir.

 

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var. "Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza