Rusiya gecə saatlarında Ukraynanın paytaxtı Kiyevə hücum edib.
Modern.az xəbər verir ki, Kiyev meri Vitali Kliçko "Telegram" kanalında şəhərdəki partlayışlar barədə məlumat verib.
“Strana” nəşri yerli rəsmilərə istinadən yazıb ki, Kiyevin bir rayonunda yanğın başlayıb.
Vitali Kliçkonun sözlərinə görə, Darnitski rayonunda dağıntılar ticarət obyektinin damına düşüb. Şevçenkovski rayonunda dağıntıların düşməsi nəticəsində inzibati binada yanğın baş verib.
Ukraynanın “Zerkalo Nedeli” nəşri də Kirovoqrad vilayətində və Çerkassı şəhərində partlayışlar barədə məlumat yayıb.
Bu gecə Ukraynanın əksər ərazilərində, o cümlədən Kiyev vilayətində və şəhərdə hava xəbərdarlığı elan edilib. Hava hücumu xəbərdarlığı səhər saatlarında ləğv edilib.
Kliçko yazıb ki, hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilmiş hədəflərin dağıntıları Ukraynanın paytaxtında bir neçə binanın üzərinə düşüb. Qeyri-yaşayış binasında iki nəfərin cəsədi tapılıb, bir nəfər isə şüşə qırıqları ilə yaralanıb.
Hücum raket yoxsa pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi məlum deyil.