Bolqarıstan məhkəməsi mütəşəkkil cinayətkar qrupa rəhbərlik, qətl və qəsb daxil olmaqla 20-yə yaxın cinayətdə ittiham olunan iş adamı Vasili Bojkovu həbs edib.
Modern.az xəbər verir ki, bu barədə "Blitz" nəşri yazıb.
Bojkov avqustun 23-də təyyarə qəzasında ölən “Vaqner” muzdlu şirkətinin təsisçisi Yevgeni Priqojinin yaxın adamı və biznes ortağı olub.
İş adamı avqustun 25-də Dubaydan qayıdandan sonra həbs edilib. Məhkəmə iclasında prokuror həbsin zəruriliyini Bojkovun Yevgeni Priqojinlə elektron poçtla fəal yazışması ilə əsaslandırıb.
Qeyd edək ki, 2021-ci ildə Bojkov Bolqarıstan rəsmilərinə rüşvət müqabilində Rusiyanın məmurlara təsir kanalı təşkil etməyə cəhd etdiyinə görə ABŞ sanksiyalarına məruz qalıb.