Modern.az

Afrikada daha bir çevriliş: Yeni komitə quruldu - YENİLƏNİB

Afrikada daha bir çevriliş: Yeni komitə quruldu - YENİLƏNİB

30 Avqust 2023, 14:47

Qabonda hakimiyyəti ələ keçirən hərbçilər “Keçid Dönəmi və Dövlət Təsisatlarının Bərpası Komitəsi”nin yaradıldığını elan ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

 

***

14:02

 

Qabon prezidenti Ali Bonqo Ondimba hazırda ev dustaqlığındadır.

 

Modern.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

 

***

09:13

 

Mərkəzi Afrika regionunda yerləşən ölkələrdən Qabonda hərbi çevriliş baş verib.

 

Modern.az xəbər verir ki, "Gabon 24" telekanalının efirinə çıxan hərbçilər ölkədəki bütün təhlükəsizlik və müdafiə orqanları adından hakimiyyətə əl qoyduqlarını açıqlayıblar.

 

Hazırkı ölkə başçısı Ali Bonqo Ondimbanın 3-cü dəfə qalib gəldiyi elan olunan seçki nəticələrinin ləğv edildiyini bəyan edən əsgərlər sərhədlərin bağlandığını və dövlət qurumlarının buraxıldığını ictimaiyyətə çatdırıblar.

 

Hələlik hakimiyyət dairələrindən heç bir reaksiya verilməyib.

Bu xəbər ilə bağlı
Hərbi qiyamlar qitəsində - Afrikadakı çevrilişlərin TARİXİ
Xəbəri oxu

 

Qeyd edək ki, bu yaxınlarda Malidə də hərbi çevriliş olmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza