Rusiya prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, təbrik teleqramında deyilir:
"Əminəm ki, birgə səylərlə biz istənilən çətinlikləri dəf edə və çoxşaxəli Rusiya-Belarus əməkdaşlığının, o cümlədən İttifaq dövləti formatında daha da genişlənməsini təmin edə biləcəyik".
Qeyd edək ki, bu gün Belarus prezidentinin 69 yaşı tamam olur.