Modern.az

Sarkisyanın mühafizəçisi oğurlanan 4 əmlakı dövlətə qaytarası oldu

Sarkisyanın mühafizəçisi oğurlanan 4 əmlakı dövlətə qaytarası oldu

Dünya

30 Avqust 2023, 12:32

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın keçmiş mühafizəçisi Vaçaqan Qazaryan və ona bağlı şəxslər Yerablur hərbi panteonunun ərazisindəki 4 daşınmaz əmlakı dövlətə qaytaracaqlar.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. 

 

Məlumata görə, onlar cinayət yolu ilə əldə edilmiş əmlak kimi qiymətləndirilib.

 

Qeyd edək ki, Sarkisyan 2008-2018-ci illərdə hakimiyyətdə olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza