Modern.az

Qırğızıstanda TikTok-a qadağa qoyulur

Qırğızıstanda TikTok-a qadağa qoyulur

Dünya

30 Avqust 2023, 13:20

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

 

Nazirlikdən verilən məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

 

Mədəniyyət Nazirliyi bildirib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.

 

Mədəniyyət Nazirliyi bu sosial şəbəkənin məzmunu ilə bağlı monitorinq keçirib və məlum olub ki, platforma tərəfdən uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatlara çıxışın məhdudlaşdırılması, habelə məlumat əldə edərkən yaş kateqoriyasına nəzarət funksiyaları kimi TikTok tətbiqi tətbiq edilmir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza