Modern.az

Zaxarovadan açıqlamalar: Lavrov-Fidan görüşü və daha nələr...

Zaxarovadan açıqlamalar: Lavrov-Fidan görüşü və daha nələr...

Dünya

30 Avqust 2023, 13:28

"Türkiyə XİN rəhbəri 31 avqust-1 sentyabr tarixlərində Rusiyaya səfər edəcək, Lavrovla Ukraynadakı vəziyyəti və ən yüksək səviyyədə təmasların qrafikini müzakirə edəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

Onun sözlərinə görə, Cənubi Qafqaz və Suriyadakı vəziyyət də müzakirə mövzusu olacaq.

 

"Lavrov sentyabrın 9-10-da G20 sammitinin iki plenar sessiyasında çıxış edəcək, bir sıra ikitərəfli danışıqların aparılması nəzərdə tutulur. Rusiya ərazisindəki hədəflərə hücum edən Ukrayna PUA-ları Qərb peyklərindən məlumat almasaydı, bu qədər məsafəni uça bilməzdi", - sözçü iddia edib.

 

Zaxarova bildirib ki, Rodion Miroşnik "Kiyev rejiminin cinayətləri üzrə xüsusi elçi" (Rusiyada Ukraynanı belə adlandırırlar - red.) olacaq: "Bu, Rusiya Xarici İşlər Nazirliyində yeni vəzifədir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza