"Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırmadan söhbət getmir".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Qərbin Kiyevə zəmanət verməsi ilə bağlı razılaşmalar Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan həyata keçirilə bilməz. Rusiya hakimiyyəti Qabondakı vəziyyəti diqqətlə izləyir, bu, dərin narahatlıq doğurur. Putinin Çinə səfərinin tarixini açıqlamaq hələ tezdir, bütün səviyyələrdə qarşılıqlı səfərlərin sıx qrafiki hazırlanır", - sözçü bildirib.
"Kreml yaxın vaxtlarda Ərdoğanın Rusiyaya səfərinin vaxtı ilə bağlı rəsmi açıqlama verəcək", - o əlavə edib.