Modern.az

Ermənistanla Hindistan hərbi əməkdaşlığı dərinləşdirir

Ermənistanla Hindistan hərbi əməkdaşlığı dərinləşdirir

Dünya

30 Avqust 2023, 14:29

Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətini Hindistanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha müşayiət edib.

 

"Nazir Hindistan Milli Müdafiə Kollecinin komandanı general-leytenant Sukriti Sinq Dahianı və Hindistanı və digər tərəfdaş ölkələri təmsil edən dinləyiciləri salamlayıb. Suren Papikyan Ermənistan-Hindistan münasibətlərinin müdafiə sahəsində mövcud inkişaf kursunu nəzərə alaraq Ermənistana səfər etmək təşəbbüsünü yüksək qiymətləndirib", - məlumatda deyilir.

 

"Görüşdə Papikyan orduda aparılan islahatlar, müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının gedişatı və perspektivləri barədə məlumat verib, həmçinin Milli Müdafiə Kollecinin nümayəndə heyətinin üzvlərinin hərbi sahədə mövcud vəziyyətlə bağlı suallarını cavablandırıb", - deyə qeyd olunub.

 

Regional təhlükəsizlik də müzakirə mövzusu olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza