Modern.az

Fransa İrəvan-Bakı arasında vasitəçilik etmək istəyirsə... - Zaxarova

Fransa İrəvan-Bakı arasında vasitəçilik etmək istəyirsə... - Zaxarova

Dünya

30 Avqust 2023, 15:26

Fransa vasitəçilik etmək istəyirsə, həm Ermənistanın, həm də Azərbaycanın mövqeyini nəzərə almalıdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

O qeyd edib ki, Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı Rusiya səylərinə əks olmayan, onları təkrarlamayan, bu səyləri pozmayan bütün təşəbbüsləri alqışlayır.

 

"Digər tərəfdən Fransanın bu istiqamətdə fəallığı bizə yaxşı məlumdur. Bu cür vasitəçilik səyləri çərçivəsində münaqişənin hər iki tərəfinin, yəni həm Azərbaycan, həm də Ermənistanın ilk növbədə mövqeyini nəzərə almaq lazımdır. Bunlarsız vəziyyətin nizamlanmasında hər hansı irəliləyişə ümid etməyə dəyməz”, - deyə Zaxarova bildirib.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza