Modern.az

Fransa 400 hərbi təlimatçısını Qabona yolladı

Fransa 400 hərbi təlimatçısını Qabona yolladı

Dünya

30 Avqust 2023, 17:30

400-ə yaxın fransız hərbi təlimatçı Qabondadır.

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

 

Onlar regional hərbi təlim əməliyyatına rəhbərlik edirlər və ölkədəki vəziyyət onların fəaliyyətinə təsir etməyib.

 

“Le Monde” qəzeti isə yazıb ki, söhbət regional əməkdaşlıq çərçivəsində Qərbi Afrikanın müxtəlif ölkələrində hərbi kadrlar hazırlayan rotasiya qoşunlarının nümayəndələrindən gedir.

 

Nəşr vurğulayıb ki, Qabondakı Fransa bazası qitənin ən kiçik bazalarından biri hesab olunur. Fransa rəhbərliyi Qabon, Seneqal və Kot-d'İvuardakı fransız qoşunlarının sayının azaldılmasının tərəfdarıdır və bir neçə aydır ki, Qabondakı bazanı bağlamaq arzusunda olduğunu bəyan edir.

 

Qeyd edək ki, bu gün Qabonda hərbi çevriliş olub.

Bu xəbər ilə bağlı
Afrikada daha bir çevriliş: Yeni komitə quruldu - YENİLƏNİB
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza