Türkiyədə 30 avqust Zəfər Bayramı münasibətilə silsilə tədbirlər keçirilir.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyasətçilər əlamətdar gündə Atatürkün məzarını - Anıtqəbiri ziyarət ediblər.
Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Numan Kurtulmuş, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli və İYİ Partiyanın sədri Meral Akşener, eləcə də digərləri iştirak ediblər.