Rusiya Xarici İşlər Nazirliyi Türkiyə xarici işlər naziri Hakan Fidanın Moskvaya səfəri barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, Nazirlik səfərin gündəliyini açıqlayıb.
Görüşdə Cənubi Qafqaz regionunun münaqişədən sonra yenidən qurulması məsələləri ətraflı müzakirə olunacaq.
Məlumata görə, danışıqlarda Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələlərinin ətraflı təhlili planlaşdırılır.
Qeyd edək ki, səfər 31 avqust – 1 sentyabr tarixlərində baş tutacaq.