Qırğızıstan parlamentində təmsil olunan müxalifət partiyasının lideri Adaxan Madumarov həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə TASS Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bildirilir ki, Bişkekin Pervomayski Rayon Məhkəməsi müxalif “Butun Qırğızıstan” fraksiyasının lideri haqqında həbs qərarı çıxarıb.
O, dövlətə xəyanətdə ittiham olunur.
Siyasətçinin vəkili bildirib ki, müdafiə tərəfi hələlik iş materialları ilə tanış ola bilməyib.
Adaxan Madumarov əvvəllər Qırğızıstan parlamentinin sədri olub. O, həmçinin Qırğızıstan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.