Modern.az

Keçmiş amerikalı nazir vəfat etdi 

Keçmiş amerikalı nazir vəfat etdi 

Dünya

2 Sentyabr 2023, 22:03

ABŞ-ın keçmiş energetika naziri, Birləşmiş Ştatların BMT-dəki sabiq daimi nümayəndəsi Bill Riçardson 76 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Riçardson Mərkəzinin vitse-prezidenti Mikki Berqmana istinadən CNN məlumat yayıb.

 

Son illərdə Nyu-Meksiko ştatının keçmiş qubernatoru Riçardson xaricdə bu və ya digər səbəbdən saxlanılan Amerika vətəndaşlarının azad edilməsi ilə məşğul olub. O, həmçinin Moskva və Vaşinqton arasında dialoqda qeyri-hökumət xəttində iştirak edib.

 

Telekanalın məlumatına görə, Riçardson Massaçusetsdəki yay evində vəfat edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu