Modern.az

Məşhur ukraynalı oliqarx həbs edildi 

Məşhur ukraynalı oliqarx həbs edildi 

Dünya

2 Sentyabr 2023, 22:50

Ukrayna məhkəməsi oliqarx İqor Kolomoskini həbs edib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, Kiyevin Şevçenkovski Məhkəməsi biznesmen 509 milyon qrivna (13,7 milyon dollar) məbləğində girov qoymaq imkanı ilə oktyabrın 31-dək həbs edib.

 

Xatırladaq ki, bu gün Ukrayna Təhlükəsizlik Xidməti onu dələduzluqda və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham edib 

 

Məhkəmə iclası bağlı qapılar arxasında keçirilib. 

 

İstintaqın məlumatına görə, 2013-cü ildən 2020-ci ilə qədər İqor Kolomoski 570 milyon qrivendən çox pulu dələduzluq yolu ilə ələ keçirib. Bundan sonra onları nəzarət etdiyi banklar vasitəsilə Ukraynadan çıxarıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu