Ermənistan ictimaiyyəti KTMT-nin davranışından dərin məyusluq yaşayıb və yaşamaqda davam edir.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, məhz bu səbəbdən Ermənistan 2022-ci ildə KTMT-nin payız sammiti zamanı bir sıra sazişləri ratifikasiya etməyib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması kontekstində Avropa İttifaqı və Qərb tərəfindən artan maraq və fəallıq müşahidə olunur.
"Hazırda İrəvan və Bakının sülh sazişinə nə qədər yaxın olduğunu mühakimə etmək çətindir. Danışıqlar prosesi aktivdir, lakin mürəkkəb məsələlər həll olunmamış qalır", - Ermənistan baş naziri vurğulayıb.