Hindistanda Rampur şəhərində meymun 4 aylıq körpəni qaçırıb.
Modern.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Bildirilir ki, meymun körpəni evin damından aşağı atıb. Ailəsi meymunun uşağı qaçırdığını görüb və heyvanın arxasınca qaçıb.
Təxminən 4,5 metr hündürlükdən yıxılan körpəni ailəsi son anda xilas edib.
Hadisə zamanı xəsarət alan qızın başına 10 tikiş vurulub, səhhətinin yaxşı olduğu bildirilir.